Şeydabəy Məmmədovun tədqiqatlarında M.F.Axundzadə: Sovetlər dövrünün kontekstində tənqidi təhlil

Metafizika 6 (4):160-182 (2023)
  Copy   BIBTEX

Abstract

Sovetlər dönəmində ictimai elmlər, xüsusən də, daha çox ideolojiləşmiş sahələrdən biri olmuş fəlsəfə, hakim ideologiyanın kursunu tutmağa çalışırdı. Bu cəhət isə, fəlsəfə və fəlsəfə tarixi ilə bağlı aparılan tədqiqatların obyektivliyinə kifayət qədər xələl gətirirdi. XX əsrin Sovet fəlsəfə tarixçisi olan Şeydabəy Məmmədovun (1912-1984) Mirzə Fətəli Axundzadənin ictimai-fəlsəfi görüşlərinin təhlili ilə bağlı tədqiqatları da, bu mənada, ideoloji xarakteri ilə seçilməkdədirlər. Ş.Məmmədov tədqiq etdiyi Axundzadəni görmək istədiyi kimi göstərməyə çalışır. Onun tədqiqatları Axundzadənin irsini araşdırmaqdan daha çox, böyük maarifçini müasirləşdirmək və Sovetlər dönəminin ideoloji formatında təqdim etməyə yönəlmişdir. Ş.Məmmədovun ideoloji örtüklü tədqiqatları təbii ki, Axundzadənin ictimai-fəlsəfi görüşlərinin analizində şişitmələr və təhrifləri də qaçılmaz edir. Onun bütün tədqiqatlarında Axundzadə, Sovetlər dönəminin ruhuna uyğun mübariz materialist və qatı ateist kimi təqdim olunur. Ş.Məmmədov Axundzadənin maarifçiliyini fransız maarifçiliyi ilə əlaqələndirsə də, konkret səbəbləri açıqlamır. O, fransız maarifçilərinin Axundzadənin materialist və ateist kimi formalaşmasında rollarını qeyd etmək ilə kifayətlənir. O, həm də, maarifçilik dövrünün sonrakı inkişaf prosesi və XX əsrdəki tənqidləri haqqında da danışmır. Sovetlər dönəmində Azərbaycan mədəniyyətinin nümayəndələri haqqında aparılmış belə tədqiqatlar müasir dövrdə aktuallıq kəsb edir. Bu mənada, fəlsəfi irsimizin ayrılmaz tərkib hissəsi olan Sovetlər dövrü tədqiqatlarının konstruktiv tənqidi vacibdir. Məqalədə Ş.Məmmədovun Axundzadə haqqında əsərlərinin tədqiqində də, bu metoda müraciət edilmişdir. Konstruktiv tənqid Sovetlər dövründə fəlsəfənin müxtəlif sahələri üzrə aparılan tədqiqatlara yeni aktuallıq qazandırır.

Links

PhilArchive



    Upload a copy of this work     Papers currently archived: 93,069

External links

Setup an account with your affiliations in order to access resources via your University's proxy server

Through your library

Analytics

Added to PP
2024-01-01

Downloads
8 (#1,343,911)

6 months
8 (#415,703)

Historical graph of downloads
How can I increase my downloads?

Citations of this work

No citations found.

Add more citations

References found in this work

No references found.

Add more references